ABŞ prezidenti Donald Tramp respublikaçı konqresmenlər qarşısında çıxışı zamanı venesuelalı həmkarı Nikolas Maduronu onun "rəqsini" təqlid etməkdə günahlandırıb.
"Ölkə.az" xəbər verir ki, Ağ Ev çıxışı "YouTube"da yayımlayıb.
Amerikalı siyasətçi həmçinin Latın Amerikası prezidentini "qəddar adam" adlandırıb.
"Maduro səhnəyə çıxır və mənim rəqsimi təqlid etməyə çalışırdı", - Tramp bildirib.
Bundan əvvəl "The New York Times" qəzeti məlumatlı mənbələrə istinadən ABŞ administrasiyasının Venesuelaya qarşı güc tətbiq etmək qərarının Maduronun Amerika təhdidlərinə məhəl qoymamasından sonra verildiyini bildirmişdi.
Elvin
Ölkə.az