AZ

“Nottingem Forest” səfərdə “Vest Hem”i məğlub edib

İngiltərə Premyer Liqasında “Vest Hem Yunayted” və “Nottinqem Forest” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, oyun 2:1 hesabı ilə “Forest” qələbəsi ilə bitib.

Murilonun 13-cü dəqiqədə öz qapısına vurduğu qol londonluları irəli çıxarıb. Nikolas Dominqes 55-ci dəqiqədə bərabərlik qolunu vurub. Morqan Gibbs-Uayt 89-cu dəqiqədə penaltidən qol vuraraq qonaqların qələbəsini təmin edib.

Bu oyundan sonra “Vest Hem Yunayted” 14 xalla Premyer Liqada 18-ci, “Nottinqem Forest” isə 21 xalla 17-ci yerdədir.

İdman.Biz
Seçilən
59
1
idman.biz

2Mənbələr