AZ

ABŞ "BlackRock" ilə Ukrayna iqtisadiyyatına investisiyalar barədə danışıqlar aparır

BAKI, 7 yanvar. TELEQRAF

ABŞ hakimiyyəti Ukrayna iqtisadiyyatına investisiyalarla bağlı Amerikanın iri investisiya şirkəti "BlackRock" ilə danışıqlar aparır.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin xüsusi elçisi Stiv Uitkoff açıqlama verib.

Onun sözlərinə görə, ABŞ tərəfi bu istiqamətdə "BlackRock" və şirkətin baş icraçı direktoru Lourens Fink ilə birgə işləyir.

“Biz hesab edirik ki, bu addım Ukrayna xalqı üçün çox böyük əhəmiyyət daşıyacaq”, — deyə Uitkoff bildirib.

O qeyd edib ki, perspektivdə bu cür investisiyalar müharibədən qayıdan ukraynalılar üçün yeni iş yerlərinin yaradılmasına və iqtisadi imkanların genişlənməsinə şərait yarada bilər.

Xatırladaq ki, Uitkoff daha əvvəl ABŞ və Avropa ölkələrinin Ukraynanın münaqişədən sonrakı iqtisadi rifahı məsələsini müzakirə etdiklərini, eləcə də Ukrayna üzrə danışıqlarda bir sıra mövzularda irəliləyiş əldə olunduğunu bildirmişdi.

Seçilən
47
teleqraf.com

1Mənbələr