AZ

Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin detalları açıqlandı: Ölkədə çoxmillətli qüvvələr yerləşdiriləcək

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"İstəklilər koalisiyası"nın Paris sammitində Fransa, Böyük Britaniya və Ukrayna arasında mühüm saziş imzalanıb.

Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, sazişə əsasən hərbi əməliyyatların başa çatmasından sonra Ukraynada çoxmillətli qüvvələr yerləşdiriləcək.

Bəyannamədə mümkün hücum halında ABŞ-nin Avropa koalisiya qüvvələrini dəstəkləmək üçün öhdəliklərindən də bəhs olunur.

Məlumata görə, sənəd atəşkəs qüvvəyə mindikdən sonra təhlükəsizlik zəmanətləri sisteminin işə salınmasını nəzərdə tutur.

O, beş əsas komponentdən ibarət olacaq:

- ABŞ-nin rəhbərlik etdiyi atəşkəs monitorinqi və yoxlama mexanizmi;

- Ukrayna Silahlı Qüvvələrinə dəstək;

- Ukrayna üçün çoxmillətli qüvvələr;

- Gələcək hücum halında öhdəliklər;

- Ukrayna ilə müdafiə əməkdaşlığını dərinləşdirmək öhdəlikləri.

Bəyannaməyə əsasən, atəşkəs beynəlxalq tərəfdaşların və "İstəklilər koalisiyası" ölkələrinin iştirakı ilə izləniləcək.

Potensial pozuntulara cavab vermək və sonrakı tədbirləri müəyyən etmək üçün xüsusi komissiyanın yaradılması planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
oxu.az

1Mənbələr