AZ

Ehtiyatlı olun Yol polisi sürücülərə xəbərdarlıq etdi

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

Hazırda ölkə ərazisinin bəzi hissələrində müşahidə olunan dumanlı hava şəraiti görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır. SİA xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə xəbərdarlıq edib. Bildirilib ki, bu şəraitdə həm sürücülərin, həm də piyadaların diqqətli və məsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır.

Sürücülərə tövsiyə olunur:

• Hərəkətə başlamazdan əvvəl duman faralarının və əsas işıqlandırma sistemlərinin sazlığını yoxlayın;

• Sürət həddini görünüş məsafəsinə uyğun seçin, qəfil manevrlərdən və ötmələrdən çəkinin;

• Öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafəni qoruyun;

• Zərurət olmadıqca dumanlı hava şəraitində səfərləri təxirə salın;

• Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin.

Piyadalara tövsiyə olunur:

• Yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən keçin;

• Qaranlıq və dumanlı hava şəraitində açıq və ya işıqəks etdirən geyimlərə üstünlük verin;

• Yolun hərəkət hissəsinə qəfil çıxmaqdan çəkinin;

• Unutmayın ki, dumanlı havada sürücünün sizi vaxtında görməsi çətinləşir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırır: Bir anlıq ehtiyatsızlıq geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Təhlükəsiz yol – birgə məsuliyyətdir.

Mətləb

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Sosial

Bu metrostansiyanın 4-cü çıxışı müvəqqəti bağlanacaq

Sosial

Yağışlı və tutqun hava şəraiti psixologiyamıza necə təsir edir ? - PSİXOLOQ AÇIQLADI

Sosial

Süni intellekt psixologiyamıza necə təsir edir ? - MÜTƏXƏSSİS AÇIQLADI

Sosial

Azercell-dən “iPhone” kampaniyası

Sosial

ADSEA: Su sayğacının itmiş və yaxud zədələnmiş kartının əvəzlənməsi ödənişlidir

Sosial

Qeyri-iş günlərində Azərbaycanda 2100-dən çox sığorta hadisəsi qeydə alınıb

Sosial

Qazdan zəhərlənmələrdə məsuliyyət vətəndaşların, yoxsa aidiyyəti qurumlarınmıdır ? - SORĞU

Sosial

"Sakinlər öz binasını idarə etməlidir" - HÜQUQŞÜNAS DANIŞDI

Sosial

Daxili işlər naziri Quba rayonunda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTOLAR

Sosial

"İnsanlar xoşbəxt olanda belə narahat olurlar" - PSİXOLOQ DANIŞDI

Sosial

Sabah 17 dərəcə isti olacaq

Sosial

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin yanvar ayında bölgələrdə vətəndaşlarla görüşlərinin qrafiki təsdiqlənib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
21
sia.az

10Mənbələr