ain.az, Axar.az saytına istinadən bildirir.
Bu iclas əhəmiyyətli irəliləyiş oldu. Bəyannamə ilk dəfə olaraq koalisiyaya daxil olan 35 ölkə, Ukrayna və ABŞ arasında etibarlı təhlükəsizlik zəmanətlərinin yaradılması məqsədilə operativ yaxınlaşmanı tanıyır.
Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Parisdə Ukrayna üzrə keçirilən danışıqları şərh edərkən bildirib.
"Biz könüllü format əsasında 800 min nəfərlik ordu planlaşdırdıq. Məqsəd hər hansı yeni təcavüzün qarşısını almaqdır”, - Makron vurğulayıb.
Qeyd edək ki, bu gün Parisdə keçirilən “İstəklilər koalisiyası” sammitində Ukraynaya təhlükəsizlik zəmanətlərinə dair razılıq əldə olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.