AZ

İsveç sülhdən sonra Ukraynaya “Gripen” qırıcıları göndərməyə hazır olduğunu açıqladı

Stokholm, 7 yanvar, Nərgiz Cəfərli, АZƏRTAC

İsveç sülh sazişi imzalandıqdan sonra Ukraynaya hava müşahidəsi tapşırıqlarını yerinə yetirmək üçün “JAS Gripen” qırıcılarını göndərməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin müzakirə olunduğu, təxminən 30 ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi Parisdəki görüşdən sonra məlumat verib.

Onun sözlərinə görə, İsveç daha geniş beynəlxalq missiyanın tərkibində iştirak etməyi planlaşdırır. Bu missiyaya Qara dənizdə minalardan təmizləmə əməliyyatları da daxil ola bilər. Bundan əlavə, Stokholm Ukraynanın müdafiə qabiliyyətini uzunmüddətli perspektivdə gücləndirmək məqsədilə ukraynalı əsgər və zabitlərin hazırlanmasını davam etdirməyi nəzərdə tutur.

Baş nazir vurğulayıb ki, Parisdə keçirilən görüş Ukrayna üçün etibarlı və real təhlükəsizlik zəmanətlərinin formalaşdırılması istiqamətində atılmış növbəti mühüm addım olub.

Seçilən
99
azertag.az

1Mənbələr