ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla Vaşinqton tərəfindən tətbiq edilən ticarət rüsumları barədə “gizli” söhbətini açıqlayıb.
İnterpress.az xəbər verir ki, Tramp bu barədə Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının qurultayında çıxışı zamanı danışıb.
“Makron mənə dedi: ‘Donald, razılaşdıq. Mən reseptlə satılan dərmanların qiymətini 200% və ya nə qədər lazımdırsa, artırmaq istərdim. Nə istəyirsən et, Donald, yalnız xahiş edirəm, əhaliyə demə, sənə yalvarıram’. Bütün ölkələr eyni şeyi deyirdi”, – o qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az