AZ

5 insanın ortalaması ... “Yanındakı insanlar pis vərdişlərə sahibdirsə, sən də gec tez onlara bənzəyə bilərsən”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Ən çox vaxt keçirdiyimiz beş insanın ortalamasına çevrilirik". Bu, neyroelmi bir faktdır. Bu fikir məşhur motivasiya nitqlərində tez-tez səslənir və amerikalı motivator Jim Rohna aiddir: “Sən, ən çox vaxt keçirdiyin beş insanın ortalamasısan.” Bu, neyroelmi fakt olmasa da, psixologiyada və davranış elmlərində dəstəklənən bir müşahidədir.Ən çox vaxt keçirdiyimiz insanların bizə emosional və psixoloji təsiri nə qədər güclüdür?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına ailə və uşaq psixoloqu Aynur İsmayılova bildirib ki, insan 18 yaşına qədər kimlərlə ünsiyyətdədirsə, onun xarakteri də tədricən ətrafındakı şəxslərin davranışlarına bənzəməyə başlayır.

Aynur İsmayılova

“Biz daha çox nə haqqında düşünürüksə, zamanla o düşüncələrə uyğun bir insana çevrilirik. Həmçinin ən çox vaxt keçirdiyimiz insanların davranışları və vərdişləri istər-istəməz bizə də təsir edir. Xüsusilə də insan 18 yaşına qədər kimlərlə ünsiyyətdədirsə, kiminlə mövzu ətrafında danışırsa, onun xarakteri də tədricən ətrafındakı şəxslərin davranışlarına bənzəməyə başlayır.

Yaş artdıqca, məsələn, 30-dan sonra bu təsir bir qədər zəifləyə bilər, lakin tamamilə yox olmur. Əgər biz daim dəyər verdiyimiz insanlarla birgə davranır, onlarla vaxt keçiririksə, istər-istəməz onların davranışlarını mənimsəməyə başlayırıq və bu davranışlar həyat tərzimizə çevrilir.

Məşhur bir deyim var: “Əgər ətrafında 5 uğurlu insan varsa, altıncısı sən olacaqsan, axud yanında pis vərdişlərlə məşğul olan 3 nəfər varsa, dördüncüsü artıq sənə istiqamətlidir”. Əgər yanındakı insanlar pis vərdişlərə sahibdirsə, sən də gec-tez onlara bənzəyə bilərsən.

Ona görə də dostlarımızın, yaxınlarımızın və ətrafımızda olan insanların həyat tərzinə və davranışlarına diqqət etməliyik. Çünki bəzən fərqinə varmadan onların davranış modellərini təkrarlamağa başlayırıq”-deyə Aynur İsmayılova qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
bizimyol.info

1Mənbələr