AZ

ABŞ nümayəndə heyəti yanvarın 7-də Parisdə Ukrayna ilə müzakirələri davam etdirəcək

Bakı. Trend:

ABŞ nümayəndə heyəti yanvarın 7-də Parisdə Ukrayna iləmüzakirələri davam etdirəcək.

Trend-inməlumatına görə, bu barədə Parisdə keçirilən "İstəklilərkoalisiyası" görüşündə iştirak edən ABŞ Prezidentinin xüsusinümayəndəsi Stiven Uitkoff “X” sosial şəbəkəsində məlumatverib.

Uitkoff yazıb ki, “bu axşam və sabah Ukrayna nümayəndə heyətiilə danışıqlarımızı davam etdirəcəyik və yaxın gələcəkdə əlavəmüsbət nəticələrin olacağına ümidvarıq”.

O əlavə edib ki, ABŞ nümayəndə heyəti Parisdəki görüşlər zamanıUkraynaya ikitərəfli təhlükəsizlik zəmanətləri və ölkənin iqtisadibərpa planı üzrə irəliləyiş əldə edib. “Biz bir neçə mühümistiqamətdə, o cümlədən ikitərəfli təhlükəsizlik zəmanətləri vəiqtisadi rifah planı üzrə əhəmiyyətli irəliləyişə nail olmuşuq. ABŞPrezidenti Donald Tramp Ukraynada sülh istəyir və biz onuntapşırığı ilə bu məqsədə çatmaq üçün əlimizdən gələni etməyəhazırıq”, – deyə xüsusi nümayəndə vurğulayıb.

Seçilən
54
1
az.trend.az

2Mənbələr