AZ

ABŞ xüsusi təyinatlı helikopterləri Britaniya aviabazalarına köçürüb

Forcesnews: ABŞ xüsusi əməliyyatlar üçün nəzərdə tutulan aviasiya vasitələrini Böyük Britaniyaya yerləşdirir...

ABŞ Silahlı Qüvvələri xüsusi əməliyyatlarda istifadə olunan iri hərbi helikopterləri və aviasiya vasitələrini Böyük Britaniyadakı aviabazalara köçürüb.

Poliqon xəbər verir ki, bu barədə Forcesnews portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət Qlosterşir qraflığında yerləşən RAF Fairford aviabazasından gedir. Buraya onadək C-17 Globemaster tipli hərbi-nəqliyyat təyyarəsinin endiyi bildirilir. Bu tip təyyarələr böyük həcmdə texnika, şəxsi heyət və xüsusi təyinatlı avadanlıqların sürətli şəkildə daşınması üçün istifadə olunur.

Bununla yanaşı, Saffolk qraflığında yerləşən digər Britaniya hərbi bazasında, RAF Mildenhall-da iki ədəd AC-130J Ghostrider silahlı təyyarəsi müşahidə edilib. Bu təyyarələr yüksək dəqiqlikli və güclü zərbələr endirmək imkanına malikdir və əsasən xüsusi əməliyyatların atəş dəstəyi üçün nəzərdə tutulur.

Müşahidəçilər qeyd edirlər ki, ABŞ hərbi aviasiyasının Britaniya ərazisində fəallaşması Vaşinqtonun Avropa və Atlantika istiqamətində hərbi mövcudluğunu gücləndirməsi fonunda baş verir. Ekspertlər bu cür dislokasiyaların NATO çərçivəsində mümkün əməliyyatlara hazırlıq, eləcə də qlobal təhlükəsizlik mühitində artan risklərlə əlaqəli ola biləcəyini istisna etmirlər.

Poliqon.info

Seçilən
53
poliqon.info

1Mənbələr