"Football-plus.az" xəbər verir ki, İngiltərə futbolunun önəmli simalarından olan Ueyn Runi rəsmiləşmək üzrə olan bu təyinat barədə açıqlamalar verib.
Runi Rosenyoru gözəl tanıyır. Hazırda 41 yaşı olan Rosenyor 2022-ci ildə ''Derbi''də Runinin köməkçisi kimi çalışıb.
Runini dinləyək:
''Rosenyor fürsətləri yaxşı dəyərləndirdi və ümid edirəm ki, əməyinin qarşılığını alacaq. Liam mənim indiyə qədər birlikdə çalışdığım ən yaxşı məşqçilərdəndi. Hər xırda detala, gündəlik işlərə önəm verməsi dərhal diqqətimi çəkmişdi. Liam mənim üçün önəmli sima idi. Onun məşqçilik qabiliyyəti inanılmaz idi. Mən isə daha çox menecerlik edirdim. Oyunçularla və digər işlərlə maraqlanırdım. Ondan çox şey öyrənmişdim. Əminəm ki, ''Çelsi''nin başına keçsə, ən azı insanları xəyal qırıqlığına salmayacaq. Çünki belə bir fürsəti çoxdan gözləyirdi. O da dərk edir ki, bu cür fürsət həyatda bir də ələ düşməyə bilər. Məncə, artıq məşqçiliyin ilkin mərhələsini tamamlayıb və indi ciddi sınaqlara hazırdı. Ona görə də bu işin öhdəsindən gələcəyinə şübhə etmirəm. Ümid edirəm ki, bu təyinat tezliklə baş tutacaq. Onun ''Çelsi''nin başına keçməsi gənc ingiltərəli məşqçilər üçün də yeni bir cığır olacaq. Çünki böyük klublarda yerli məşqçiləri elə də tez-tez görmürük. Bu, bizim də fürsət olacaq''.