ain.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.
Yunanıstanlı özünü tanımayan, həddini bilməyən bir jurnalist "Ərdoğanı da belə götürəcəklər" deyib. Orada dayan! Türkiyə Cümhuriyyəti Prezidenti yox, prezident sarayının önündən 1 vətəndaşımızı belə götürməyə cəsarəti olan varsa buyursun!
Bunu CHP sədri Özgür Özəl deyib.
O, 15 iyul hadisələrini xatırladaraq, Türkiyənin heç bir fərdinə xarici qüvvələrin toxuna bilməyəcəyini bəyan edib:
"15 iyulda ABŞ-ın dəstəklədiyi FETÖ əməliyyatı çərçivəsində özlərinin bəslədikləri, böyütdükləri ilə çevrilişə cəhd edildi. İlk telefonu bəndəniz etdi TBMM sədrinə: "Açın məclisi, çevriliş cəhdinə dirənəcəyik",- dedim. "Biz sandığı gətirən partiyayıq, heç kimə sandığı ələ keçirməsinə imkan vermərik",- bildirdim. Sandıqdan kim çıxırsa, millət nə deyirsə o olacaq! Biz ölkəmizdə nə seçilmişə, nə seçənə toxundurarıq. O seçilmiş zülm edirsə qarşısındayıq, amma bizim ölkəmizin istər AKP-lisi olsun, istər MHP-li, istər ən zirvədəki, istərsə də ucqar kəndindəki biri - saçına toxunacaqsansa, qarşında bizi görəcəksən!".\\BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.