AZ

“Mançester Yunayted” Ole Qunnar Solskyaerlə danışıqlar aparıb

Bakı. Trend:

“Mançester Yunayted” klubu keçmiş baş məşqçisi Ole QunnarSolskyaerlə danışıqlar aparıb.

Bu barədə Trendjurnalist Florian Plettenberqə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, norveçli mütəxəssis cari mövsümünsonuna qədər olsa belə, “qırmızı şeytanlar”a rəhbərlik etməyəhazırdır. Bildirilir ki, Solskyaer son dərəcə motivasiyalıdır və buvəzifəni icra etməyə tam hazırdır. Hazırda klub yekun qərarüzərində düşünür.

Qeyd edək ki, Ole Qunnar Solskyaer 2018–2021-ci illərdə“Mançester Yunayted”in baş məşqçisi olub.

Xatırladaq ki, yanvarın 5-də “Mançester Yunayted” Ruben Amoriminbaş məşqçi vəzifəsindən azad edildiyini elan edib. Portuqaliyalımütəxəssis 11 noyabr 2024-cü ildən 5 yanvar 2026-cı ilədək klubarəhbərlik edib.

Seçilən
111
az.trend.az

1Mənbələr