AZ

Merz: Almaniya Ukraynaya bitişik NATO ərazisində qüvvələr yerləşdirə bilər

Almaniya Ukraynada mümkün atəşkəsin təmin olunması istiqamətində səylərə töhfə verməyə, o cümlədən Ukraynaya bitişik NATO ərazisində öz hərbi qüvvələrini yerləşdirməyə hazırdır.

APA xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz Parisdə “İstəklilər koalisiyası”nın görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Kanslerin sözlərinə görə, Almaniya bundan sonra da siyasi, maliyyə və hərbi dəstək göstərməyə davam edəcək. O qeyd edib ki, atəşkəs əldə olunduqdan sonra Ukrayna ilə həmsərhəd NATO ərazisində Almaniya qüvvələrinin yerləşdirilməsi bu töhfənin mümkün formalarından biri ola bilər.

Merz vurğulayıb ki, Almaniyanın bu prosesdə iştirakı ilə bağlı forma və miqyas barədə qərar federal hökumət və Bundestaq tərəfindən, yalnız şərtlər tam aydınlaşdıqdan sonra qəbul ediləcək. Kansler əlavə edib ki, hökumət prinsip etibarilə heç bir variantı istisna etmir.

Seçilən
31
apa.az

1Mənbələr