ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çinin Harbin şəhərində ənənəvi olaraq hər il keçirilən Harbin Buz və Qar Dünyası Festivalı start götürüb.
Globalinfo.az xəbər verir ki, bu il buzdan qalalar, heykəllər, konkisürmə meydançaları və sürüşkənlər təxminən 600 min kvadrat metr ərazini əhatə edib.
Festivalın mərkəzi fiqurlarından biri 24 metr hündürlüyündə “Cənab Qar Adam”dır – onun üzərində dörd gün işləyiblər.
Qeyd edək ki, ənənəvi festival 1985-ci ildən keçirilir. Əvvəlcə kiçik bir buz lampaları şousu kimi başlayan bu tədbir bu gün dünyada ən böyük qar və buz festivallarından biri sayılır və hər il milyonlarla turisti cəlb edir.
Aysel Əliyeva
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.