AZ

İranda ara qarışdı, etirazçılar bu şəhəri ələ keçirdi İDDİA

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranda hökumət əleyhinə etirazları davam edir, ölkədə vəziyyət getdikcə daha da gərginləşir.

Globalinfo.az xəbər verir ki, hüquq müdafiəçilərinin yaydığı məlumata görə, aksiyalar zamanı indiyədək azı 29 nəfər həyatını itirib.

Bildirilir ki, etirazçılar ilk dəfə olaraq bir şəhəri rəsmi hakimiyyətin nəzarətindən çıxarmağa nail olublar. Söhbət İlam vilayətinin Abdanan şəhərindən gedir. Məlumata əsasən, şəhərdə polis binası etirazçılar tərəfindən ələ keçirilib, təhlükəsizlik qüvvələri isə müqavimət göstərmədən təslim olub və etirazçılara qoşulub.

Qeyd olunur ki, yayılan bu məlumatlar hələlik nə təkzib edilib, nə də təsdiq.

Təhlükəsizlik qüvvələrinin aksiyaları dağıtmaq üçün döyüş sursatı, su şırnaqları və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir. Buna baxmayaraq, etirazların qarşısını almaq mümkün olmayıb.

Hazırda ölkədə etirazların 10-cu günü davam edir. İnsan haqları təşkilatı HRANA-nın məlumatına görə, aksiyalar 27 vilayətin 88 şəhərini əhatə edib, ən azı 1200 nəfər saxlanılıb.

Xatırladaq ki, daha əvvəl Qərb mediası yaydığı məlumatlarda rejimin süqutu halında İranın ali dini lideri ayətullah Əli Xameneinin Rusiyaya qaçmağı planlaşdıra biləcəyi ilə bağlı iddialar irəli sürüb.

Aysel Əliyeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
globalinfo.az

1Mənbələr