AZ

Ağsuda maşın aşdı Ölən var

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun rayonun Qırlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü, 1994-cü il təvəllüdlü Orucov Faiq Şükür oğlu və avtomobildə olan digər şəxslər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Avtomobildə olan 2002-ci il təvəllüdlü, Balakən rayon sakini Orucova Kəmalə isə hadisə yerində dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Mübariz Muradov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
1
qafqazinfo.az

2Mənbələr