AZ

İran kökündən dəyişir? - Təbrizli yazar danışır


İrandakı etiraz aksiyaları gərgin fazaya qədəm qoymaqdadır. Ötən həftədən başlayan etirazlarda artıq 40-a yaxın iştirakçı həyatını itirib və 1200-dən çoxu da saxlanılıb. Gərginlik ölkənin 31 əyalətinin 27-də yaşanır.

Artıq iş o yerə çatıb ki, İranın keçmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi baş verənlərin inqilabi dəyişikliyinə səbəb olacağını və özünün taxt-tacın vəliəhdi kimi hakimiyyətə qayıdacağını düşünür.

Cənub qonşumuzdakı prosesləri daha yaxından analiz edən, prosesləri dərindən izləyən təbrizli yazar Ümid Nəccarin Musavat.com-a dediyinə görə, bu gün İranda yaşanan böhran sadəcə iqtisadi çətinliklərdən ibarət deyil, hakimiyyət və kimlik böhranıdır.

"İranda sözügedən etirazlar hansı şəhərlərdə baş verir deyə bir göz gəzdirsək. ümumiyyətlə, bu etirazlar azərbaycanlıların, ərəblərin, bəluçlərin yaşamadığı ərazilərdə baş verir. Bu ərazilərdə məişət qayğıları İranın mərkəzi əyalətlərindən daha kritikdir.  İranda yaşayan qeyri-fars millətlərin siyasi şüuru artıq o yerə gəlib çatıb ki, hakimiyyəti dəyişməklə bu problemin həll olunmayacağını düşünürlər. 
İranın çoxmillətli quruluşunun mərkəzində isə Cənubi Azərbaycan türkləri dayanır", - Ü.Nəccar deyir. 

Onun fikrincə, Güney Azərbaycanda yaşayan azərbaycanlılarnın hədəfi hakimiyyəti dəyişmək deyil, “Azadlıq, ədalət, milli hökumət” şüarını gerçəkləşdirməkdir. "Cənubi Azərbaycanın yüksəlişi təkcə Tehranın deyil, bütün bölgənin geosiyasi tarazlığını dəyişə bilər. Mərkəzçilərin istədiyi ssenari aydındır:
Hökumət dəyişsin, simalar dəyişsin — amma sistem qalsın. Yəni fars mərkəzçiliyi və imperiya düşüncəsi toxunulmaz qalsın. Bu səbəbdən iqtisadi tələblər sürətlə siyasi tələbə çevrilir.  Bu gün rejimin təklif edəcəyi bir gələcək yoxdur.  Bir böyük həqiqət var, bu həqiqəti İranda yaşayan millətlər dəqiq bilir. Əgər Cənubi Azərbaycan susarsa İran İslam Respublikası davam edər. Əgər ayağa qalxarsa, İranda dəyişiklik ola bilər" 



Seçilən
20
nuh.az

1Mənbələr