BAKI, 7 yanvar. TELEQRAF
Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi nəzərdə tutulur. Atəşkəsdən sonra Böyük Britaniya və Fransa Ukraynanın bütün ərazisində hərbi mərkəzlər yaradacaq, Ukrayna ordusu üçün bazalar inşa edəcəklər.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Parisdə "Könüllülərr koalisiyası"nın toplantısından sonra keçirilən mətbuat konfransında bildirib.
Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı Niyyət Bəyannaməsinin əhəmiyyətinə toxunan Starmer bildirib ki, bu sənəd Ukraynanı uzunmüddətli perspektivdə dəstəkləmək üçün öhdəliyin vacib bir hissəsidir: "Böyük Britaniya, Fransa və tərəfdaş qüvvələrin Ukrayna ərazisində fəaliyyəti üçün hüquqi bazanın yaradılması istiqamətində mühüm irəliləyişdir. Bu, gələcəkdə Ukraynanın hava və dəniz məkanının təhlükəsizliyinin təminatı, ölkənin silahlı qüvvələrinin bərpasına şərait yaradacaq".