AZ

Qüdsdə avtobus etirazçıların üzərinə sürüldü - Ölən və yaralananlar var

Qüdsdə avtobus ultra-ortodoks yəhudilərin üzərinə sürülüb.

Teleqraf xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

İsrail Milli Tibb Xidmətinin məlumatına görə, bir nəfər ölüb, üç nəfər yaralanıb.

Qəzet avtobus sürücüsünün hadisə yerində saxlanıldığını bildirir.

6 yanvar axşamı minlərlə ultra-ortodoks yəhudi Qüdsdə etiraz aksiyası keçirib. Medianın məlumatına görə, aksiya yəhudi icmasının qatı dindarlarının İsrail Müdafiə Qüvvələrinə çağırılmasına etiraz olaraq təşkil olunub.

Etirazçıların əlində olan lövhələrdən birində belə yazılıb: "Qanun layihəsi ilə razılaşmaq, yəhudiliyin məhvilə razılaşmaq deməkdir".

Seçilən
69
teleqraf.com

1Mənbələr