AZ

Sumqayıtda park ərazisində şübhəli işlər aparılır? – Sakinlər narahatdır – VİDEO

Sumqayıt şəhərində ekoloji risk yarada biləcək vəziyyətlə bağlı narahatlıq yaranıb.

NOCOMMENT.az xəbər verir ki, Sumqayit.tv-yə daxil olan məlumata görə, şəhərin Nəsimi adına Mədəniyyət və İstirahət Parkının ərazisində daha əvvəl dağıdılmış torpaq qatı bu dəfə ağ rəngli maddə ilə xətlənib. Sakinlərin bildirdiyinə görə, bu hal ərazidə yenidən qazıntı işlərinin aparıla biləcəyi ehtimalını artırır.

Məlumata görə, torpaq qatının qazılması park ərazisində mövcud olan yaşıllıqlara və ağaclara zərər vura bilər. Bu isə həm ekoloji tarazlığa, həm də parkın rekreasiya funksiyasına mənfi təsir göstərə bilər.

Sakinlər qeyd edirlər ki, sözügedən ərazi park təyinatlı sahədir və burada obyekt və ya tikinti işlərinin aparılması məqsədəuyğun hesab edilmir.

Məsələ ilə bağlı aidiyyəti qurumlardan vəziyyətin araşdırılması, park ərazisinin qorunması üçün tədbir görülməsi xahiş olunur.

Seçilən
62
nocomment.az

1Mənbələr