Tayland-Kamboca sərhədində yenidən partlayış səsləri eşidilib. Metbuat.az xəbər verir ki, Tayland Kambocanı qüvvəyə minən atəşkəsi pozmaqda ittiham edib. Tayland ordusunun açıqlamasına görə, Kambocadan atılan minaatan atəşi nəticəsində 1 əsgər yaralanıb. Hadisənin Ubon Ratçatani əyalətində baş verdiyi bildirilir. Lakin Kamboca partlayışın sərhədyanı hücum deyil, zibil yığınının partlaması nəticəsində olduğunu irəli sürüb. Hadisədən sonra hər iki tərəfdən sərhəd koordinasiya qruplarının əlaqə saxladığı bildirilib. Taylandın Baş naziri Anutin Çarnvirakul atəşkəsin pozulması ilə bağlı hökumətin Pnompenə rəsmi etiraz göndərdiyini bildirib Qeyd edən ki, ABŞ Prezidenti Donald Tramp tərəflər arasında atəşkəsə nail olunduğunu bəyan etmişdi.