AZ

“Neftçi” ukraynalı futbolçu maraqlanır

“Neftçi” qış fasiləsində heyətini gücləndirməyi planlaşdırır.

İdmanxeber.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” “Rux” klubunun 22 yaşlı dayaq yarımmüdafiəçisi Denis Pidqurski ilə maraqlanır.

Baş məşqçi Yuri Vernidubun futbolçunu komandasında görmək istədiyi bildirilir.

Pidqurskinin klubla müqaviləsi yayda başa çatacağından “Neftçi” onu qışda daha münasib məbləğə transfer etməyə çalışacaq.

“Transfermarkt” yarımmüdafiəçini 500 min avro dəyərində qiymətləndirir.

Seçilən
85
idmanxeber.az

1Mənbələr