Şəkidə 74 yaşlı qadın 30 metr dərinliyində olan dərəyə yıxılıb.
NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Arxüstü küçəsində baş verib.
Belə ki, 74 yaşlı Mehriban Məcid qızı Əzəmmədova dərinliyi 30 metr olan dərədən çay kənarına yıxılıb.
Köməksiz vəziyyətdə qalan qadın FHN-in yanğınsöndürən-xilasediciləri tərəfindən dərədən çıxarılıb.
Müxtəlif bədən xəsarətləri alan zərərçəkən Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.