Britaniya və Fransa atəşkəsdən sonra Ukrayna ərazisində hərbi bazalar tikmək barədə razılığa gəliblər.
"Ölkə.az" xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron müharibə bitdikdən sonra Ukrayna ordusunun sayının təxminən 700.000 nəfər olacağını açıqlayıb.
O, Qərb tərəfdaşlarının maliyyələşdirmə və hərbi yardım da daxil olmaqla, Ukraynaya davamlı dəstəyin göstərilməsinə sadiq qaldığını bildirib.
Böyük Britaniyanın Baş naziri Kir Starmer London və Parisin Ukrayna ərazisində hərbi mərkəzlər yaratmaq barədə razılığa gəldiyini açıqlayıb.
Atəşkəsə əməl olunmasını təmin etmək üçün "könüllü ölkələrin koalisiyası"ndan xarici qüvvələrin quruda, havada və dənizdə yerləşdirilməsi planlaşdırılır.
Makron həmçinin qeyd edib ki, Türkiyə dənizçilik sektoru üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır.
Elvin
Ölkə.az