Türkiyə Superkubokunun yarımfinal mərhələsində "Samsunspor"u məğlub edən "Fənərbağça" adını finala yazdırıb.
Fanat.Az xəbər verir ki, Domeniko Tedeskonun baş məşqçisi olduğu İstanbul təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib. Qarşılaşmanın 4-cü dəqiqəsində Kerem Aktürkoğlu komandasını hesabda irəli çıxarıb. Matçın son nöqtəsini isə 67-ci dəqiqədə Con Duran qoyaraq "Fənərbaxça"nın inamlı qələbəsini rəsmiləşdirib. Hər iki qolun ötürməsini A. Musaba verib.
Bu nəticə ilə "Fənərbağça" Superkubokun həlledici oyununda əzəli rəqibi "Qalatasaray"la qarşılaşmaq hüququ qazanıb.
Kamil Xudiyev