AZ

Zelenski, Makron və Starmer Niyyət Bəyannaməsi imzalayıblar

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa PrezidentiEmmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerçoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı NiyyətBəyannaməsini imzalayıblar.

Trend “Ukrinform”aistinadən xəbər verir ki, sənəd çərşənbə axşamı Parisdə “İstəklilərkoalisiyası”nın sammitindən sonra imzalanıb.

Məlumatda bildirilib ki, Ukrayna, Fransa və Böyük Britaniya vəŞimali İrlandiya Birləşmiş Krallığı arasında Ukraynanınmüdafiəsini, yenidən qurulmasını və strateji dayanıqlığınıdəstəkləmək məqsədilə çoxmillətli qüvvələrin yerləşdirilməsinə dairNiyyət Bəyannaməsi qəbul olunub.

Fransa Prezidenti Emmanuel Makronun sözlərinə görə, müharibəbaşa çatdıqdan sonra Ukrayna ordusunun şəxsi heyətinin sayı 700 minnəfərə çatacaq və Qərb tərəfdaşları bu prosesə dəstək verməyiöhdələrinə götürüblər.

O, həmçinin qeyd edib ki, atəşkəs rejiminə əməl olunmasınanəzarət etmək üçün “İstəklilər koalisiyası”na daxil olan xariciqüvvələr Ukrayna ərazisində quruda, havada və dənizdəyerləşdiriləcək.

Seçilən
98
az.trend.az

1Mənbələr