Bakı. Trend:
İsveçrənin “Nestle” şirkəti ürəkbulanma və qusmaya səbəb olabilən toksinin mövcudluğu ehtimalı ilə əlaqədar 25 ölkədə bir neçəuşaq qidası partiyasını geri çağırdığını açıqlayıb.
Trend xəbər verirki, bu barədə “Reuters” agentliyi məlumat yayb.
Bildirilib ki, geri çağırma Avstriya, Böyük Britaniya, Almaniya,Danimarka, İrlandiya, İtaliya, Norveç, Finlandiya, Fransa vəİsveçrə də daxil olmaqla bir sıra ölkələrdə satışda olan məhsullarıəhatə edir. Söhbət SMA, BEBA və NAN markalı qida qarışıqlarındangedir.
Şirkət xəbərdarlıq edib ki, sözügedən məhsullarda “Bacilluscereus” bakteriyaları tərəfindən istehsal olunan “cereulid” toksiniola bilər. Bununla yanaşı, “Nestle” indiyədək geri çağırılanməhsullarla bağlı yoluxma və ya hər hansı simptomlarıntəsdiqlənmədiyini bildirib.
Avstriyanın Səhiyyə Nazirliyinin məlumatına görə, geri çağırma“Nestle”nin 10-dan çox zavodunda istehsal olunan 800-dən artıqməhsulu əhatə edir. Qurumun qiymətləndirməsinə əsasən, bu halşirkət tarixində ən böyük məhsul geri çağırılması hesab olunur.