AZ

Tarixi an: Bəyannaməni imzaladılar-VİDEO

Avropada təhlükəsizlik arxitekturasına dair mühüm siyasi qərar qəbul olunub.

Musavat.com xəbər verir ki, Ukrayna, Fransa və Böyük Britaniya müharibə başa çatdıqdan sonra Ukrayna ərazisində çoxmillətli təhlükəsizlik qüvvələrinin yerləşdirilməsini nəzərdə tutan birgə bəyannamə imzalayıb.

Sənəddə qeyd olunur ki, planlaşdırılan qüvvələr Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunmasına dəstək məqsədi daşıyacaq, postmünaqişə dövründə sabitliyin təmin olunması, mümkün eskalasiyaların qarşısının alınması və təhlükəsizlik zəmanətlərinin gücləndirilməsi funksiyasını yerinə yetirəcək.

Bəyannamə çərçivəsində:

qüvvələrin mandatı və hüquqi statusu,

iştirakçı ölkələrin öhdəlikləri,

komanda-idarəetmə mexanizmləri üzrə ayrıca razılaşmaların hazırlanması nəzərdə tutulur.

Rəsmi dairələr bu addımı Avropanın kollektiv təhlükəsizliyi baxımından tarixi mərhələ kimi qiymətləndirir və bildirirlər ki, təşəbbüs Ukraynanın müharibədən sonrakı bərpası ilə paralel şəkildə həyata keçiriləcək.

Seçilən
23
editor.az

1Mənbələr