BAKI, 6 yanvar. TELEQRAF
Parisdə keçirilən “İstəyənlər koalisiyası” sammitində Ukraynaya təhlükəsizlik zəmanətlərinə dair razılığ əldə olunub.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bəyannamə layihəsində ABŞ-ın müəyyən öhdəlikləri əksini tapıb
Sənəddə qeyd olunur ki, Ukraynada atəşkəs rejimi qüvvəyə mindikdən sonra təhlükəsizlik zəmanətləri sistemi işə salınacaq.
ABŞ-nin rəhbərliyi ilə atəşkəsin monitorinqi aparılacaq, Ukraynaya hərbi yardım davam etdiriləcək, çoxtərəfli beynəlxalq koalisiyayaradılacaq və s.
Atəşkəs dönəmində Rusiyanın hücumu baş verərsə,cavab tədbirlərinin müəyyənləşdirilməsi üçün təcili xüsusi komissiya yaradılacaq.