AZ

Avropa dövlətləri Ukraynada hərbi qüvvə yerləşdirilməsi ilə bağlı razılığa gəlib

Ukraynaya yardımla bağlı qurulmuş “İstəklilər Koalisiyası”nın liderlərinin Parisdə keçirilən görüşü başa çatıb.

AzPost bildirir ki, hazırda Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Vladimir Zelenski, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merz ilə mətbuat konfransı keçirir.

İştirakçı dövlətlər Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalayıblar, lakin orada ölkələrin konkret öhdəlikləri yer almayıb.

Ukrayna, Fransa və Britaniya Rusiya ilə hərbi münaqişənin bitməsindən sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı niyyət bəyannaməsi imzalayıblar.

AzPost.az

Seçilən
71
5
azpost.info

10Mənbələr