AZ

Bu qidaların sağlamlığa ciddi ziyanlarıVAR

Qastroenteroloq Galina Rojojkina uzun müddət yüngül qidalanmadan sonra sağlamlıq üçün ən təhlükəli yeməklərin hansılar olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, həkim bu haqda lenta.ru-ya danışıb.

Mütəxəssis bildirib ki, fasilədən sonra dərhal mayonezli salatlar və digər ağır qəlyanaltılar qəbul etmək məsləhət deyil.

Onun sözlərinə görə, böyük porsiyada çox yağlı qidalar - qızardılmış ət, kabab, kolbasa və piy sağlamlığa ciddi zərər verə bilər. Xüsusilə bu qidalar alkoqolla birlikdə qəbul edildikdə öd kisəsi və mədəaltı vəzi üzərində yük kəskin şəkildə artır.

Həkim izah edib ki, bu müddət ərzində qida rasionunda adətən heyvani mənşəli məhsullar azalır, bitki tərkibli qidalar isə üstünlük təşkil edir. Bu da öd kisəsi və mədəaltı vəzin daha az yüklənməsinə səbəb olur. Lakin qəfil şəkildə çox yağlı və qızardılmış yeməklərə qayıdış mədə-bağırsaq traktının xroniki xəstəliklərinin kəskinləşməsinə yol aça bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
39
1
redaktor.az

2Mənbələr