AZ

İsraili mediasından ŞOK İDDİA

İsrailin bəzi media orqanları Suriya Prezidenti Əhməd əl-Şaraaya qarşı sui-qəsd planının müzakirə olunduğunu bildirir.

Publika.az xəbər verir ki, bəzi kəşfiyyat mənbələri prezidentə hücum ehtimalını nəzərdən keçirib və bu barədə məlumatın Suriya rəhbərliyinə çatdırıldığı iddia olunur.

İsrail mediası iddia edir ki, İran və bəzi düşmən elementlərin bu kimi planlarda iştirak edə biləcəyi istisna edilmir.

Buna baxmayaraq, rəsmi təsdiq yoxdur. Suriya rəsmiləri yayılan məlumatları təkzib edərək, xəbərlərin əsassız olduğunu açıqlayıb.

Suriya Daxili İşlər Nazirliyi və digər rəsmi mənbələr iddiaların saxta olduğunu qeyd ediblər. Nazirlik həmçinin vurğulayıb ki, bu tip məlumatlar bölgədəki gərginliyi artırmaq məqsədi daşıyır.

Seçilən
60
3
publika.az

5Mənbələr