AZ

"Volkswagen" ABŞ-da 356 mindən çox avtomobili geri çağırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Volkswagen” ABŞ-da 356 mindən çox avtomobili geri çağırıb.

Banco.azxəbər verir ki, Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” ABŞ-da kamera problemi səbəbindən 356 mindən çox avtomobili geri çağırıb.

ABŞ Milli Avtomobil Yolları Hərəkət Təhlükəsizliyi İdarəsinin (NHTSA) yaydığı açıqlamada geri çağırmanın 2019–2026-cı illər arasında istehsal olunmuş bəzi modelləri əhatə etdiyi bildirilib.

Açıqlamada arxa görüntü kamerasından təsvir əldə edilə bilməməsi probleminin aşkar edildiyi və bu səbəbdən geri çağırılma qərarının verildiyi qeyd olunub. Kamera probleminin sürücünün görmə sahəsini məhdudlaşdıraraq qəza riskini artıra biləcəyi vurğulanıb.

Bildirilir ki, bir proqram təminatı xətası arxa görüntü kamerasının tələb olunduğu kimi işləməsinə mane ola bilər. Açıqlamada bu səbəbdən sözügedən nəqliyyat vasitələrinin Federal Mühərrikli Nəqliyyat Vasitələrinin Təhlükəsizlik Standartı 111 – “Arxa Görüntü” tələblərinə cavab vermədiyi qeyd edilib.

Açıqlamada geri çağırmadan potensial olaraq 356 min 649 avtomobilin təsirləndiyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
50
banco.az

1Mənbələr