AZ

Mingəçevirdə xəstəxanada bədbəxt hadisə

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ciddi suallar doğuran ölüm hadisəsi baş verib. Müayinədən keçmək üçün xəstəxanaya gələn vətəndaş tibbi yardım ala bilmədən elə xəstəxananın dəhlizində həyatını itirib.

NOCOMMENT.az Aran media-ya istinadən xəbər verir ki, məlumata görə, 1978-ci il təvəllüdlü, Ağdaş rayon sakini Fizuli İbadov müayinə məqsədilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib. Lakin xəstəxana daxilində, dəhlizdə olarkən qəfil halı pisləşib və huşunu itirib. Hadisə zamanı ərazidə olan həkimlərin müdaxiləsi nəticə verməyib və şəxsin həyatını xilas etmək mümkün olmayıb.

İctimaiyyəti narahat edən əsas məqam isə odur ki, tibbi yardım almaq üçün gələn vətəndaşın məhz xəstəxanada, özü də dəhlizdə can verməsidir. Bu fakt səhiyyə sistemində operativliyin, nəzarətin və ilkin tibbi müdaxilənin səviyyəsi ilə bağlı ciddi suallar yaradır.

Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilsə də, baş verənlər Mingəçevirdə səhiyyə xidmətlərinin real vəziyyətini bir daha gündəmə gətirib.

Vətəndaşlar cavab gözləyir: xəstəxanada niyə vaxtında və effektiv tibbi yardım göstərilmədi?

Seçilən
53
nocomment.az

1Mənbələr