AZ

Rusiya Maduronun qaçırılmasının hədəflərinin adlarını açıqlayıb



Rusiyalı senator Aleksey Puşkov özünün Telegram kanalında izah edib ki, ABŞ-ın Venesuelaya hücumu və prezidenti Nikolas Maduronun oğurlanmasının qısa, orta və uzunmüddətli məqsədləri var.
Onun sözlərinə görə, qısamüddətli məqsədlər ABŞ-ın gücünü nümayiş etdirmək, "qanunsuz Latın Amerikası liderlərini" sakitləşdirmək və Venesuelanı xarici təsirdən "bağlamaq"dır. Senator uzunmüddətli məqsəd kimi Amerika şirkətlərinin Venesuela neftinə çıxışının təmin edilməsini qeyd etdi.

"Eyni zamanda, Vaşinqton əsas qlobal rəqibi olan Çinin iqtisadiyyatına neft tədarükünün pozulması kimi ortamüddətli məqsədə son dərəcə vacib baxır. Çin Venesuela neftinin əsas alıcısıdır", - deyə o vurğuladı.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi Delsi Rodrigezin Venesuela prezidenti vəzifəsinə namizədliyini dəstəkləmişdi. İddia edilir ki, bu, ölkənin neokolonialist təhdidlər və xaricdən silahlı təcavüz qarşısında qanuni hakimiyyət şaqulini qorumaq əzmini nümayiş etdirir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
34
aia.az

1Mənbələr