AZ

Gündə cəmi 1 banan yeyənlərin beynində nə baş verir?

Bir çox evdə banan sadəcə tez yeyilən meyvə kimi qəbul olunur. Səhər tələsərkən, iş arasında və ya idmandan sonra əl uzadılan ən sadə qidalardan biridir. Lakin son illər həkimlər və dietoloqlar bu meyvəyə fərqli rakursdan baxmağa başlayıblar.

“Gündə bir banan orqanizmdə nəyi dəyişir?” sualı artıq təkcə sağlam qidalananların deyil, alimlərin də maraq dairəsindədir. Xüsusilə bananın beyin fəaliyyəti, yaddaş və sinir sistemi ilə əlaqəsi barədə səsləndirilən fikirlər diqqət çəkir.

“Yeni Sabah” xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, banan tərkibindəki kalium, B6 vitamini və təbii liflərlə orqanizmin bir sıra əsas funksiyalarını dəstəkləyir.

Rusiyalı tanınmış həkim-dietoloq, tibb elmləri namizədi Aleksey Kovalkovun sözlərinə görə, banan sinir sistemi üçün vacib olan maddələrlə zəngin meyvələrdəndir və düzgün miqdarda qəbul edildikdə beyin hüceyrələrinin qidalanmasına dolayı təsir göstərə bilər.

Həkim qeyd edir ki, B6 vitamini neyromediatorların sintezində iştirak edir və bu da diqqət, konsentrasiya və ümumi zehni aktivliyin qorunmasında mühüm rol oynayır.

Araşdırmalar göstərir ki, bananın müntəzəm qəbulu qan dövranını yaxşılaşdıra, beyin toxumasına oksigenin daşınmasını asanlaşdıra bilər. Bu isə yaddaşın zəifləməsinin qarşısının alınmasında dolayı amil kimi qiymətləndirilir. Bundan əlavə, bananda olan triptofan maddəsi serotonin hormonunun sintezinə təsir edir. Serotonin səviyyəsinin stabilliyi stresin azalmasına, emosional tarazlığın qorunmasına kömək edir və həkimlərin fikrincə, stressin azalması yaddaş və düşünmə proseslərinə müsbət təsir göstərir.

Rusiyalı nevroloqlar da qeyd edirlər ki, sağlam beyin fəaliyyəti təkcə dərmanlarla deyil, gündəlik qidalanma vərdişləri ilə də sıx bağlıdır. Banan kimi sadə, lakin qida dəyəri yüksək olan məhsullar balanslı rasionun tərkib hissəsi olduqda həm fiziki, həm də zehni sağlamlığın qorunmasına töhfə verə bilər.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
51
yenisabah.az

1Mənbələr