GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İsveçrənin “Nestle” şirkəti ürəkbulanma və qusma yaradan toksinin ola biləcəyi ehtimalına görə 25 ölkədən bir neçə uşaq qidası partiyasını, o cümlədən SMA, BEBA və NAN qida qarışıqlarını geri çağırdığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” şirkətin bəyanatına istinadən məlumat yayıb.
Məlumata əsasən, geri çağırma Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, İrlandiya, İtaliya, Norveç, Finlandiya, Fransa və İsveçrədəki partiyaları da əhatə edib. Şirkət xəbərdarlıq edib ki, qida qarışıqlarında “Bacillus cereus” bakteriyaları tərəfindən istehsal olunan “cereulid” toksini ola bilər. Bununla belə, “Nestle” indiyədək geri çağırılan məhsullarla bağlı yoluxma və ya simptomların təsdiqlənmədiyini bildirib.
Avstriyanın Səhiyyə Nazirliyinin məlumatına görə, geri çağırma “Nestle”nin 10-dan çox zavodunda istehsal olunan 800-dən çox məhsulu əhatə edib. Qurumun qiymətləndirməsinə görə, bu, şirkət tarixində ən böyük məhsul geri çağırmasıdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.