AZ

Hollandiya ABŞ ilə narkotik əleyhinə əməkdaşlığını dayandırır

Hollandiya hökuməti Vaşinqtonun bölgədə narkotik ticarəti ilə məşğul olan gəmilərə hücum etməsi iddiasından sonra Karib dənizində ABŞ ilə narkotik qaçaqmalçılığına qarşı əməkdaşlığını müvəqqəti olaraq dayandıracağını açıqladı.

Turkustan.az xəbər verir ki, Hollandiyanın ictimai yayımçısı NOS-un məlumatına görə, Karib dənizində Niderland Krallığının yurisdiksiyası altında olan Arubaya səfər edən Hollandiyanın müdafiə naziri Ruben Brekelmans, ABŞ ilə bölgədə narkotik qaçaqmalçılığına qarşı həyata keçirdikləri əməkdaşlıq barədə açıqlamalar verib.

Brekelmans narkotik qaçaqmalçılığı ilə mübarizədə ABŞ ilə əməkdaşlığı dayandıracaqlarını bildirib və bu addımın Vaşinqtonun Karib dənizi və Sakit okeanda bəzi qayıqlara narkotik qaçaqmalçılığı ilə əlaqəli olduqları səbəbindən hücumları ilə əlaqəli olduğunu qeyd edib.

Brekelmans həmçinin Hollandiyanın hərbi gəmilərinin artıq beynəlxalq sularda narkotik əleyhinə əməliyyatları dəstəkləməyəcəyini, yalnız öz ərazi sularında patrul xidməti göstərəcəyini açıqladı.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
76
1
turkustan.az

2Mənbələr