AZ

Venesuelanın baş prokuroru ABŞ-dən Maduronun toxunulmazlığının tanınmasını tələb etdi

BAKI, 6 yanvar. TELEQRAF

Venesuelanın baş prokuroru Tarek Uilyam ABŞ hakimiyyətindən Nikolas Maduronun toxunulmazlığının tanınmasını tələb edib.

Teleqraf xəbər verir ki, o, hakim Alvin Hellersteini beynəlxalq hüquqa hörmət etməyə və məhkəmənin toxunulmazlığa malik suveren dövlətin başçısını təqib etmək hüququna malik olmadığını qəbul etməyə çağırıb.

Baş prokuror beynəlxalq ictimaiyyətdən Maduro və həyat yoldaşının dərhal azad edilməsi üçün tədbirlər görməsini tələb edib.

Dünən Nyu-York federal məhkəməsi Venesuela Prezidentinin işi üzrə ilk iclasını keçirib. Latın Amerikası lideri həbsdə saxlanılıb. Maduro məhkəmədə özünü günahkar bilməyib və əsir götürüldüyünü deyib.

Seçilən
83
teleqraf.com

1Mənbələr