ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Ukraynadakı münaqişənin tərəflərinin demək olar ki, ona son qoymağa hazır olduqlarını bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Uitakerin sözlərinə görə, danışıqlar prosesində ciddi irəliləyiş əldə olunub.
“Biz böyük irəliləyiş əldə etmişik. Bu, mühüm nailiyyətdir və artıq sülh sazişinin astanasında ola bilərik”, – deyə o bildirib.
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi qeyd edib ki, yaxın vaxtlarda keçiriləcək “könüllülər koalisiyası”nın iclası zamanı yekun razılaşmanın formalaşdırılması və tamamlanması nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ və Avropa İttifaqı yanvarın 6-da Parisdə keçirilməsi planlaşdırılan “könüllülər koalisiyası” sammitində Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı planlar üzərində razılığa gəlmək niyyətindədir.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.