AZ

Elnarə Akimova: Azərbaycan milli maraqlarıyla bağlı uzunmüddətli strategiya həyata keçirir

Azərbaycan milli maraqlarını əsas götürməklə qlobal oyunçularla əməkdaşlıq, regionda sabitlik və texnoloji inkişaf üzrə uzunmüddətli strategiya həyata keçirir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.
Deputat deyib ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibədə ötən ili tarixi dönüş nöqtəsi kimi dəyərləndirib və qarşıda duran strateji hədəfləri aydın şəkildə ortaya qoyub. Dövlət başçısı müsahibəsində təkcə ölkənin əldə etdiyi uğurları deyil, həm də Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən uzunmüddətli siyasi və geosiyasi perspektivi vurğulayıb: “Prezident 2025-ci ili “tarixi bir il” adlandıraraq bildirdi ki, bu il Azərbaycanın beynəlxalq mövqeyində dönüş yaratdı. Azərbaycan xalqı artıq öz gələcəyini təhlükəsiz və ümidverici şəkildə planlaşdıra bilir. Bu, bizim həm diplomatik, həm də hərbi uğurlarımızın məntiqi davamıdır. Azərbaycan sülh və sabitlik təşəbbüslərində lider mövqeyini qoruyur. Bu, Azərbaycanın regional siyasət kursunda yeni səhifənin açıldığını təsdiq edir. Dövlət başçısı qeyd etdi ki, yalnız döyüş meydanında əldə edilmiş Zəfər kifayət deyil, bu Zəfər siyasi səviyyədə təsdiqlənməli və regionda sülh mühiti yaratmalıdır. Bu isə artıq baş verib və Azərbaycan xalqı üçün barışın dayanıqlı olması vacib prioritet olaraq qalır”.

Elnarə Akimova qeyd edib ki, Prezident İlham Əliyev həmçinin ABŞ-Azərbaycan münasibətlərinin gələcək perspektivlərinə toxunaraq 2025-ci ili bu kontekstdə də tarixiləşdirə biləcəyini vurğulayıb: “ABŞ-la əlaqələrdəki yenilənmə yalnız bir diplomatik hadisə deyil, həm də Azərbaycan üçün geniş perspektivlər açan siyasi prosesdir. Eyni zamanda dövlət başçısı Çinlə strateji tərəfdaşlığın yalnız sözdə qalmadığını, artıq bir sıra birgə layihələrin fəaliyyətə başladığını, bu əməkdaşlığın ölkəmizə böyük iqtisadi imkanlar təqdim etdiyini söylədi. Azərbaycan qlobal oyunçularla əməkdaşlıq, regionda sabitlik və texnoloji inkişaf üzrə uzunmüddətli strategiya həyata keçirir”.

Seçilən
15
1
apa.az

2Mənbələr