Venesuelanın baş prokuroru Tarek Vilyam Saab ABŞ hakimlərindən Bolivar Respublikasının ələ keçirilmiş prezidenti Nikolas Maduronun toxunulmazlığının tanınmasını və onun barəsində məhkəmə təqibinin yolverilməz sayılmasını tələb edib.
APA xəbər verir ki, Saab bu barədə "Venezolana de Televisión" telekanalının efirində çıxışı zamanı bildirib.
O, həmçinin Nikolas Maduronun, onun həyat yoldaşı Siliya Floresin və Venesuela xalqının hüquqlarının pozulmasına son qoyulmasını tələb edib.
Baş prokuror beynəlxalq ictimaiyyətə müraciət edərək ABŞ-ın qanunsuz addımlarını pisləməklə kifayətlənməməyi, Maduronun və onun həyat yoldaşının dərhal azad olunması üçün konkret tədbirlər görülməsini istəyib.