AZ

Romadan Londona yollandı

Valentino Kastelyanos Romadan Londona yollanıb.

"Football-plus.az" xəbər verir ki, “Vest Hem” “Latsio”nun hücumçusunu transfer edib.

İngiltərə klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Tərəflər razılığa gələrsə, anlaşmanın müddəti sonradan daha bir il uzadıla bilər.

27 yaşlı Valentino bu mövsüm “Latsio”da 12 oyunda 2 qol vurub və 3 məhsuldar öürmə verib. Argentinalı futbolçu daha əvvəl “Jirona” və “Nyu York Siti”də çıxış edib.

Seçilən
80
1
football-plus.az

2Mənbələr