AZ

Volodimir Zelenski ümüdini itirir: iki yol qalır

Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ilə sülh danışıqları perspektivləri ilə bağlı qiymətləndirməsi, Ukrayna, ABŞ və Avropa arasında davam edən məsləhətləşmələr fonunda daha ehtiyatlı olub.

Editor.az xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, Kiyev getdikcə Moskvanın hər hansı bir razılaşmanı rədd edəcəyi ssenariyə hazırlaşır. Zelenskinin bu yaxınlarda sülh müqaviləsinin “90% hazır olduğunu” bildirməsinə baxmayaraq, o, irəliləyişin faktiki olaraq dayandığını və Rusiyanın mövqeyinin qeyri-müəyyən qaldığını söyləyib. Zelenski bildirib ki, “Daha altı ay gözləmək istəmirəm və gözləməyəcəyəm. İki yol qalır: birincisi müharibəyə son qoymaq, ikincisi isə Rusiyanın mənfi addımlarına hazırlaşmaqdır”.

Prezident vurğulayıb ki, Ukrayna eyni zamanda danışıqlar aparır və müharibənin davam etməsinə hazırlaşır, çünki Moskva artıq Ukraynanın bəzi təkliflərini rədd edib: “Başa düşürəm ki, nəticələrə çox yaxınıq, amma müəyyən bir məqamda Rusiya hər şeyi bloklaya bilər”, – Zelenski deyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
93
editor.az

1Mənbələr