ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sosial mediada BƏƏ vətəndaşının mikrofona toxunmasından sonra İsrailin Baş naziri Benyamin Netanyahunun dezinfeksiyaedici vasitə tələb etməsinin videosu yayılıb.
Axar.az xəbər verir ki, erməni mediası “İranist” Teleqram kanalına istinadla yaydığı görüntülərdə “İsraillə münasibətləri normallaşdırmaq arzusunda olan və nəticədə bunu bacaran ərəblərlə” yəhudilərin aşağılayıcı formada davrandığı iddia edilir.
Əslində isə görüntülər 2020-ci ilin noyabrına aiddir. Həmin vaxt Dubaydan Təl-Əvivin Ben-Qurion hava limanına həyata keçirilən ilk kommersiya reysinin qarşılanma mərasimi baş tutmuşdu. Mərasim COVİD-19 pandemiyasının və maska taxılması, məsafə saxlanılması və gigiyenik vasitələrdən istifadə şərtlərinin yayğın vaxtına təsadüf etdiyindən, Netanyahu bunu “qaydaları qorumaqla nümunə olmaq” xatirinə nümayişkaranə jestlə edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.