Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları agentliyin müvafiq şöbələri ilə sıx əməkdaşlıq çərçivəsində son günlərdə 13 xarici vətəndaşı Gürcüstandan çıxarıblar.
"Ölkə.az" bu barədə "Georgia Online"a istinadla xəbər verir.
Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkmənistan, İran, Kuba, Türkiyə, Tayland və Azərbaycan vətəndaşları ölkədən çıxarılıb - ümumilikdə 13 nəfər.
Qeyd olunur ki, son bir ildə Gürcüstandan çıxarılan xarici vətəndaşların ümumi sayı 1311 nəfər olub.
Mövcud qanunvericiliyə uyğun olaraq, çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib.
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin vəzifələrindən biri ölkədə qanuni əsas olmadan yaşayan xarici vətəndaşları müəyyən etmək və onları intensiv miqrasiya nəzarəti və digər xüsusi tədbirlər vasitəsilə Gürcüstandan çıxarmaqdır.
Elvin
Ölkə.az