AZ

Xaçmazda minik avtomobilləri toqquşub, yaralananlar var - FOTOLAR

Xaçmazda minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı “Mercedes” və KİA markalı avtomobilləri toqquşub.

Hadisə nəticəsində KİA-nın sürücüsü və maşında olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
170
37
unikal.az

10Mənbələr