AZ

Bu nişan sürücülərdə çaşqınlıq yaradıbVİDEO

Bakının bir sıra küçələrində yeni yol nişanları quraşdırılır.

Xezerxeber.az-ın məlumatına görə, bu nişanlar sürücülərə işıqforun qırmızı işığında sağa dönməyə icazə verir.

Sözügedən nişan bir növ "daimi sağa dönmə seksiyası" funksiyasını yerinə yetirir.

Lakin bu nişan sürücülərdə çaşqınlıq yaratdığı iddia edilir.

Yeni yol nişanlarından biri İnqilab İsmayılov küçəsinin Zığ şossesinə birləşən hissəsinə quraşdırılıb.

Sürücülər isə nişanın çaşqınlıq yaratdığını deyirlər. Onlar yolda belə bir nişanı ilk dəfə gördüklərini bildirirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, qurum tərəfindən həyata keçirilən layihələr çərçivəsində yolayrıclarında artıq ikinci dəfə "qırmızı işıqda sağa dönməyə icazə verən" xüsusi nişan tətbiq olunub. Sözügedən nişan sürücülərə qırmızı işıqda  piyadalara və digər nəqliyyat vasitələrinə yol verməklə sağa dönməyə icazə verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
72
2
xezerxeber.az

4Mənbələr